waplog

“Apple” 2012-ci ildə ən böyük kompyuter istehsalçısı olacaq


“Apple” korporasiyası 2012-ci ildə ən böyük kompyuter istehsalçısı olacaq. “Canalys” analitik şirkətinin ekspertləri bu nəticəyə gəliblər. Qeyd edək ki, mütəxəssislər planşetləri də kompyuter sinfinə aid ediblər.

“Canalys” şirkətindən qeyd ediblər ki, cəmi 1 il ərzində kompyuter bazarında “Apple” korporasiyasının payı 9%-dan 15%-ə qədər artıb. Hələ ki siyahıya 16% göstərici ilə  “HP” şirkəti liderlik edir. Ekspertlər güman edir ki, “Apple” şirkəti cari ilin IV rübünün nəticəsinə görə birinci yeri tutacaq. Lakin 2012-ci ildə bu ehtimal daha real ola bilər.

“Canalys” şirkətinin hesablamalarına əsasən, 2011-ci ilin nəticəsinə görə kompyuter tədarükləri 15% artacaq və 415 milyon təşkil edəcək.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL