waplog

Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir


Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməliyyat sistemlərinin idarəetməsi altında işləyir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, sənaye şəbəkələrinin 62%-də "Windows" əməliyyat sisteminin "Windows XP" və "Windows 2000" kimi köhnə versiyalarının idarəetməsi altında işləyən qurğulardan istifadə edilir. Dəstəyi 2020-ci ilin yanvarında bitəcək "Windows 7" sistemini də nəzərə aldıqda bu göstərici 71% təşkil edir. Belə informasiya "CyberX" şirkətinin 2018-ci ilin oktyabrından 2019-cu ilin oktyabrınadək dünyanın 1800-dən çox şəbəkəsindən toplanmış məlumatlara əsaslanan "2020 Global IoT/ICS Risk Report" adlı hesabatında qeyd edilib.

 

"Windows"un köhnə versiyalarından istifadə şirkətləri ciddi riskə məruz qoyur, çünki cinayətkarlar boşluqların köməyi ilə sistemlərə müdaxilə edə bilərlər. Bu sistemlərdə informasiya və PoC-kodlar adətən ümumi girişdə yerləşdirilir. "Microsoft" təhlükəli boşluqlar üçün düzəlişlər çıxarsa belə bütün müəssisələr sənaye sistemlərində sözügedən düzəlişləri tətbiq edə bilməyəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL