waplog

Qaranlıqda çəkiliş etmək üçün kamera təqdim edilib


“Fujifilm” şirkəti qaranlıqda fokuslana bilən “X-Pro3” adlı yeni güzgüsüz kamerasını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, məlumata görə, qurğunun korpusu titandan hazırlanmış xarici elementlərə malikdir. Kameranın sensor formatı APS-C, təsvir ölçüsü isə 26,1 meqapikseldir. Çəkilmiş şəkillərin emalı ilə “X-Processor 4” prosessoru məşğul olur. Kameranın avtofokus sistemi – 6 EV göstəricisinə kimi işıqlandırma ilə işləyir. İşığa həssaslıq göstəricisi ISO 80-51200 aralığındadır.

 

Qurğunun fırlanan ekranının diaqonalı 3,5 düymdür. Kamera HDR rejimini dəstəkləyir. Həmçinin “Fujifilm X-Pro3” kamerasında müxtəlif stillərin imitasiyası üçün öncədən müəyyənləşdirilmiş rejimlər (Velvia, Eterna, Monochrome, neqativ və eyni tonlu işıq) mövcuddur.

 

Qara rəngli versiyanın qiyməti 1800 dollar təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL