Azərbaycanın poçt operatoru mikrokreditlərin verilməsinə hazırlaşır
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC bankların vasitəçiliyi ilə mikrokreditlərin verilməsinə hazırlaşır. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun müdiri, Regional Rabitə Birliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.
Onun sözlərinə görə, poçt operatoru bu xidmətə bu gün bir sıra MDB ölkələrində tətbiq edildiyi kimi, istənilən bankın vasitəçiliyi və bank lisenziyası olmadan başlaya bilər. Məmmədovun dediyi kimi, "Azərpoct" habelə Azərbaycan banklarının kreditlərinin yığılmasında da iştirak edə bilər.
"Poçt operatoru hazırda kreditlərin verilməsi ilə müstəqil məşğul olmaq üçün ölkənin Mərkəzi Bankının icazəsinə malik deyil", - Məmmədov deyib.
Poçt operatoru tərəfindən bank xidmətləri avtomatlaşdırılmış korporativ informasiya sistemi vasitəsilə həyata keçirilir. Məmmədovun sözlərinə görə, sistemə artıq poçt rabitəsinin 800-ə yaxın şöbə və filialları qoşulub.
"Azərpoçt" Azərbaycanın bank bazarına daxil olmaqla, bank bazarı oyunçularına ciddi rəqib sayılacaq. Bu gün Azərbaycanın bank bazarında 44 bank fəaliyyət göstərir, filialların ümumi sayı 700-ə çatır. "Azərpoçt"un poçt şöbələrinin sayı isə 1600-dən çoxdur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL