waplog

Alimlər “Wi-Fi” şəbəkəsinin əhatə dairəsini genişləndirməyə nail olublar


ABŞ-ın Briqam Yanq Universitetinin alimləri "Wi-Fi" çıxış nöqtələrinin əhatə dairəsini artırmağa imkan verən bahalı "Mesh" sistemlərinin alternativini kəşf ediblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, tədqiqatçılar tərəfindən təklif olunan ideyanın mahiyyəti marşrutlayıcının hamıdan uzaqda olan qurğu ilə daim rabitə əlaqəsində saxlanılmasından ibarətdir. "On-Off Noise Power Communication" (ONPC) adlı yeni protokol marşrutlayıcı və qurğu arasında saniyədə 1 bit tutumlu informasiyanın ötürülməsini nəzərdə tutur.

 

Beləliklə, marşrutlayıcı qurğunun "Wi-Fi"dan istifadə etməsini "başa düşəcək" və siqnalı gücləndirilmiş rejimdə yaymaqda davam edəcək.

 

Bir sıra eksperimentlər aparan mütəxəssislər standart "Wi-Fi" marşrutlayıcısının əhatə dairəsini 67 metr artırmağa nail olublar. Təklif edilən üsul mövcud simsiz protokol üzərindən istifadə oluna bilər. Onu proqram təminatını yeniləməklə istənilən marşrutlayıcıya quraşdırmaq mümkündür.

 

Tədqiqatçıların sözlərinə görə, siqnalın əhatə dairəsinin genişləndirilməsi standart güclü siqnalın mövcud olduğu zonadakı kimi eyni yüksək sürətin dəstəklənməsi demək deyil.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL