waplog

Dünyanın ən varlı insanı bir gecəyə 6,9 milyard dollar itirib


"Forbes" jurnalının dünyanın ən varlı insanlarının illik reytinqində lider olan "Amazon" təsisçisi və rəhbəri Ceff Bezos şirkətin kotirovkalarının ucuzlaşması səbəbindən 6,9 milyard dollar itki ilə üzləşib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "RIA Novosti" resursuna istinadən yazır ki, "Amazon" oktyabrın 24-də üçüncü rübdə mənfəət üzrə hesabat təqdim edib, lakin göstəricilərin proqnozlardan pis olması nəticəsində şirkətin səhmlərinin dəyəri 9 faiz ucuzlaşıb. Şirkətin səhmlərinin 57,6 milyonu C.Bezosa məxsusdur.

 

Qeyd olunur ki, kotirovkaların ucuzlaşması davam edəcəyi təqdirdə C.Bezos ən varlı insanlar siyahısında birinciliyi "Microsoft" korporasiyasının yaradıcısı Bill Qeytsə verə bilər.

 

Bir müddət əvvəl "Forbes" nəşri C.Bezosun sərvətini 114 milyard dollar dəyərində qiymətləndirib. Bu göstərici 2018-ci ildə 160 milyard dollar təşkil edib. Onun maliyyə itkiləri həyat yoldaşı Makkenzi Bezos ilə boşanma prosesinin başa çatması ilə əlaqədardır. Jurnal qeyd edir ki, bu, tarixə dünyanın ən bahalı boşanması kimi daxil olub. Keçmiş həyat yoldaşı C.Bezosun "Amazon" şirkətindəki payının dörddə bir hissəsinə sahib çıxıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL