waplog

“Samsung Galaxy XCover FieldPro” smartfonu nümayiş olunub


“Samsung” şirkəti istehsal və ya tikinti meydançaları kimi çətin şəraitlərdə istifadə üçün nəzərdə tutulan yüksək dözümlülüyə malik “Galaxy XCover FieldPro” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “MIL-STD-810G1” və “IP68” standartlarına uyğun hazırlanan yeni qurğu zərbə, düşmə, vibrasiya, temperatur dəyişiklikləri və 1,5 metr su dərinliyi altında 30 dəqiqə qalmağa qarşı dözümlüdür. Bundan əlavə, “Samsung Galaxy XCover FieldPro” ratsiya rejimində (Push-to-Talk) işləyə bilir.

 

5,1 düym diaqonallı ekran “QHD” (2560 × 1440 piksel) təsvir ölçüsünə malikdir. Arxa tərəfdə daktiloskopik skaner və 3 işıq diodlu işıqlandırıcı ilə təchiz edilən 12 meqapikselli kamera quraşdırılıb. Ön kamera 8 meqapikselli sensor əsasında hazırlanıb.

 

Smartfonun əsasını “Exynos 9810” prosessoru təşkil edir. Bu çip 2,7 QHs takt tezlikli 8 hesablayıcı nüvəni və “Mali G72MP18” qrafik kontrollerini özündə birləşdirir.

 

“Samsung Galaxy XCover FieldPro” 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, “microSD” çıxışı, “Wi-Fi 802.11a/b/g/n/ac” və “Bluetooth 5.0” simsiz rabitə adapterləri, “GPS/GLONASS/Galileo” qəbuledicisi, “NFC” modulu, “USB Type-C” portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxış ilə təchiz olunub.

 

Qabaritləri 158,5 × 80,7 × 14,2 mm, çəkisi 256 qram təşkil edən smartfonun enerjisini 4500 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL