waplog

“KÜR EAİ” MMC "BakuTel -2011" rəqəmli TV üçün “DVB-T” dekoderlərini nümayiş etdirəcək


“KÜR” kompyuter texnikası istehsalı zavodu "BakuTel -2011" 17-ci Azərbaycan telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində “Prestije” brendi altında rəqəmsal televiziya üçün “DVB-T” dekoderlərinin iki yeni modelini nümayiş etdirəcək.

Bu barədə zavodun direktoru Rizvan Osmanov bildirib. Zavod artıq sınaq variantında onlarla dekoder buraxıb.

Bazarın tələbatının qiymətləndirilməsindən sonra qurğuların istehsalının başlanılması gözlənilir. “KÜR” artıq daxili bazarda bu qurğuların ilk partiyasının satışına başlayıb. Hazırda “KÜR” dekoderləri konveyer istehsalının başlanması üzrə istehsalat prosesini mənimsəyir.

Konveyerə daxil olduqdan sonra bu qurğular müxtəlif modellər üzrə təsnifləşdiriləcək. Zavodun müəssisələrində avadanlıqların seriyalarla istehsalı onların qiymətinin xeyli aşağı düşməsinə imkan verəcək və onları əhalinin geniş təbəqələri üçün əlverişli edəcək.

“DVB-T” dekoderlərinin satışının artması əhalinin onlara olan tələbatından asılı olacaq. Bu məqsədlə “KÜR” paytaxtdakı məişət texnikasının pərakəndə satışı üzrə mağazalar şəbəkəsi ilə danışıqlar aparır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL