“Google” şirkəti portativ kompyuterlər ("xrombuklar") üçün nəzərdə tutulmuş “Chrome OS” əməliyyat sisteminin interfeysini təkmilləşdirib.
Dəyişikliklər, sistemə giriş ekranı, həmçinin yeni vərəq pəncərələri ilə bağlı olub. Eyni zamanda “Wi-Fi” dəstəkli “Samsung Chromebook Series 5” xrombuk modelinin çıxarılması elan edilib.
Bu kompyuter 1280×800 nöqtə kəskinlikli 12,1 düym ekran, 1.66 takt tezlikli ikinüvəli “Atom N570” prosessoru, kardrider, veb-kamera, 2 ədəd “USB 2.0” portu və “D-Sub” konnektoru ilə təchiz edilib.
Yeniliyin qiyməti 350 dollardır. Bundan əlavə, “Acer” və “Samsung” şirkətləri 2011-ci ilin yazında istehsal edilmiş ilk xrombuk modellərinin qiymətlərini endiriblər. Hal-hazırda bu qurğular əvvəlki 350 dollar əvəzinə təxminən 300 dollara təklif edilir.