waplog

“AlphaGo” süni intellekti “Starcraft II” oyununda ən güclü oyunçulara qalib gəlib


"Google" və "DeepMind" startapının birgə məhsulu olan "AlphaGo" süni intellekti "Starcraft II" strategiya oyununda, demək olar, bütün aparıcı oyunçulara (99,8%) qalib gəlib. Bu haqda alimlər "Nature" jurnalında məqalədə yazıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "AlphaGo" süni intellekti 2019-cu ilin yayından "Starcraft II" oyunçularına qarşı oynayır. Bu müddət ərzində süni intellekt oyun reytinqində aparıcı yerlərdən birini tutmağa nail olub.

 

"AlphaStar süni intellektinin oyun üslubu məni çox heyrətləndirib. Süni intellekt öz strateji mövqeyini çox məharətlə qiymətləndirir və rəqiblə döyüşə girmək, yaxud geri çəkilmək vaxtını dəqiq bilir. Mən qeyri-adi bir rəqiblə oynadığımı hiss etmirdim. Onu udmaq mümkündür," – "Starcraft II" oyununun aparıcı oyunçularından biri Dario Vyunş deyib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL