waplog

Rusiyalı alimlər “3D” printerdə bulka çap ediblər


Moskva Dövlət Qida Məhsullarının Texnologiyası Universitetində “3D” çap texnologiyası əsasında dünyada ilk bulka hazırlanıb. Bu haqda Rusiya Çörəkçilər və Qənnadıçılar Gildiyasının “Twitter” səhifəsində məlumat dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, bu çörək-bulka məmulatının çap edilməsi vaxtı yenilikçi həll onun birbaşa proses zamanı bişməsidir. İstehsalçılar ümid edirlər ki, tezliklə onlar texnologiyanı təkmilləşdirəcək və daha mürəkkəb qida məhsulları (məsələn, pitsa və ya tort) hazırlaya biləcəklər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL