waplog

Smartfonda barmaq izləri skanerinə 20 dəqiqə ərzində müdaxilə edilib


“Tencent Security X-Lab” şirkətinin mütəxəssislər komandası Çində keçirilmiş tədbirdə barmaq izləri skaneri vasitəsilə smartfona müdaxilə üsulunu nümayiş etdirib. Bu prosesə 20 dəqiqə vaxt sərf edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, mütəxəssislərdən biri, sadəcə, stəkanda qalmış barmaq izlərini smartfona quraşdırılmış tətbiqin köməyilə skan edib. Bundan sonra o, 20 dəqiqə ərzində barmaq izlərinin fiziki surətini hazırlayıb və qurğudakı skaneri aldatmağa nail olub.

 

Ekspertlərin məlumatına görə, hücum üçün lazımi aparat təminatının qiyməti təxminən 140 dollardır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL