waplog

Dünya planşetlər bazarında artım bərpa olunub


"International Data Corporation" (IDC) şirkəti bu ilin üçüncü rübü üçün dünya planşetlər bazarında tədqiqatın nəticələrini açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, məlumata görə, sahədə artım bərpa olunub. Rüb ərzində qlobal miqyasda 37,6 milyon planşet kompüter satılıb. Bu, tədarük həcminin 36,9 milyon ədədə bərabər olduğu ötən ilin üçüncü rübü ilə müqayisədə 1,9 faiz çoxdur.

 

Tədarük həcminə görə lider "Apple" şirkətidir: rüb ərzində şirkət 11,8 milyon "iPad" tədarük etməklə bazarın üçdə bir hissəsini (31,4 faiz) tutub. İllik hesablamada "Apple" planşetlərinə tələbat 21,8 faiz artıb.

 

İkinci yerdə 5,5 milyon satılmış qurğu və 14,5 faiz payla "Amazon" şirkəti qərarlaşıb. Şirkətin planşet tədarükü il ərzində 25,6 faiz yüksəlib.

 

Liderlər üçlüyünü 4,6 milyon tədarük edilən qurğu ilə "Samsung" tamamlayıb. Cənubi Koreya nəhənginin payı 12,3 faizə bərabər olsa da, illik hesablamada tədarük həcmində 13,9 faiz azalma qeydə alınıb.

 

Sonrakı mövqelərdə 3,6 və 2,5 milyon tədarük həcmi ilə "Huawei" və "Lenovo" istehsalçıları yer alıb. Şirkətlərin payı müvafiq olaraq 9,5 və 6,7 faiz təşkil edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL