Dünyanın rəngli ekranlı ilk rideri
“Qualcomm” şirkəti dünyada “Mirasol” rəngli ekranla təchiz edilmiş ilk riderin satışlarına başlayıb. 310 dollar dəyərində olan “Kyobo e-Reader” adlı qurğunu hələ ki yalnız “Kyobo” Cənubi Koreya kitab mağazaları şəbəkəsindən almaq mümkündür. Qurğu “Android 2.3” əməliyyat sistemi ilə işləyir.
“Kyobo e-Reader” rideri 5,7 düymlü 1024x768 piksel kəskinlikli sensor ekrana malikdir. “Mirasol” ekranları rəngli təsviri əks etdirə bilir, səhifələrin sürətli yenilənməsi və aşağı enerji istehlakı ilə fərqlənirlər.
Qurğu 1 QHz takt tezlikli birnüvəli “Qualcomm Snapdragon S2” prosessoru, 512 MB əməli yaddaş və 2 QB daxili yaddaş, “microSD” slotu ilə təchiz edilib. Riderin qalınlığı 13 millimetri ötmür və qurğunun çəkisi təxminən 340 qramdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL