waplog

Sinqapurda şəhərin səkilərində elektrik skuterlərindən istifadə qadağan edilib


Sinqapur hakimiyyəti şəhərin səkilərində elektrik skuterlərindən istifadəni qadağan edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, yeni qanun cari il noyabrın 4-də qüvvəyə minib. Bu, elektrik skuterlərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artması ilə izah edilir. 31 dekabr 2019-cu il tarixinədək qanunu pozanlara xəbərdarlıq ediləcək. 2020-ci il yanvarın 1-dən isə piyada yollarında elektrik skuterləri ilə hərəkət edən şəxslər 1500 dollar məbləğində cərimə və ya 3 ay müddətinədək həbs cəzası ilə cəzalandırılacaqlar.

 

2019-cu ilin sentyabrında Sinqapurda elektrik skuteri və velosipedin toqquşması nəticəsində 65 yaşlı qadın ölüb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL