waplog

Mühəndislər dəriyə yapışdırılan epidermal saat hazırlayıblar


Nankin Universitetinin mühəndisləri insanın əlinin arxa tərəfinə yapışdırılan nazik ekranlı epidermal saat hazırlayıblar. Saatın üzərindəki rəqəmlər hətta günəş işığında görünəcək qədər parlaq, gərginlik isə dəriyə zərər verməmək üçün aşağıdır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, saat üçün baza işıq saçan mikrozərrəciklərdən ibarət olan elektrolüminessensiya qatından hazırlanıb.

 

Tədqiqatçılar ümid edirlər ki, gələcəkdə belə ekranlar yumşaq robot texnikasında və beyin-kompüter interfeyslərində tətbiq edilə bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL