waplog

“Sony” smartfonlar üçün qabaqcıl “IMX686” sensorunu təqdim edib


“Sony” şirkətinin mobil qurğuların kameraları üçün nəzərdə tutulmuş yeni sensoru ilə bağlı məlumat internetdə dərc edilib. “IMX686” adlandırılmış sensor 48 meqapiksellik “IMX586” modelini əvəz edəcək. İstehsalçı yeni sensorun çəkiliş imkanlarını müxtəlif şəraitdə çəkilmiş şəkil nümunələrindən yığılmış videoçarx formatında nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, internetdə yerləşdirilmiş 4K formatında videoçarx sensorun texniki xüsusiyyətləri haqqında məlumat açıqlamır və yeni sensorun köməyi ilə çəkilmiş şəkillərdən ibarətdir. Şayiələrə görə, “Sony IMX686” sensorunun təsvir ölçüsü 60 meqapiksel təşkil edəcək. 
 
 
Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL