waplog

“NVIDIA” kart ölçüsündə superkompüter təqdim edib


“NVIDIA” pilotsuz təyyarə, dron, şəbəkə videoqeydiyyatçılarına, yığcam tibbi cihazlara və başqa qurğulara quraşdırılmaq üçün nəzərdə tutulmuş birlövhəli mini-sistem çeşidini genişləndirib. “Jetson Xavier NX” adlı yeni superkompüter əvvəlki nəsillə tam uyğundur və ölçüsü daha yığcam olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni yığcam sistem lövhəsi 8 “Carmel” nüvəsi ilə təchiz edilib.

 

Birlövhəli kompüterin əməli yaddaş tutumu 8 QB (128 bitlik girişə malik LPDDR4x standartı) və ən yüksək buraxılış qabiliyyəti 51,2 QB/s təşkil edir. Qrafika və hesablama alt sistemi 384 “Volta” nüvəsi, 48 tenzor nüvəsi və maksimal tezliyi 1100 MHs-dək olan 2 NVDLA nüvəsindən ibarətdir.

 

Eyni anda 6-dək kameranın qoşulması imkanı nəzərdə tutulub: interfeysin buraxılış qabiliyyəti 30 Qbit/s təşkil edir. Yeniliyin yeganə çatışmazlığı simsiz “Wi-Fi” modulunun olmamasıdır, buna görə internetə qoşulma qiqabitlik Ethernet üzrə həyata keçirilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL