waplog

İlk “NASA” elektrik təyyarəsi təqdim edilib


ABŞ Kosmik Agentliyi (NASA) 2015-ci ildən üzərində çalışdığı "Maxwell" adlı ilk elektrik təyyarəni nümayiş etdirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Gazeta" resursuna istinadən yazır ki, məlumata görə, ilk sınaq uçuşu təxminən bir ildən sonra keçiriləcək "Maxwell" agentliyi tərəfindən iyirmi il ərzində hazırlanan ilk pilotlu təyyarə olacaq.

 

"NASA", həmçinin mühəndis və pilotlara "X-57 Maxwell" təyyarəsinin hazır versiyasının uçuşda necə manevrlər edəcəyini hiss etməyə imkan verən simulyator təqdim edib.

 

Təyyarənin sonuncu modifikasiyası ümumilikdə 14 elektrik mühərriklə təchiz edilən daha nazik və yüngül qanadlara malik olacaq.

 

Qeyd olunur ki, batareya məhdudiyyətlərinə görə təyyarə qısa reyslərdə hava taksisi və ya az sayda sərnişin üçün şəhərətrafı təyyarə kimi istifadə ediləcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL