waplog

“Lenovo” uşaqlar üçün anesteziyaya alternativ kimi virtual reallıq texnologiyasını təklif edib


"Lenovo" və "Starlight" Uşaq Fondu uşaqlar üçün anesteziyaya alternativ olaraq virtual reallıq qarniturunu pilot layihə kimi sınaqdan keçirirlər. Mühəndislər bildiriblər ki, qurğu uşaqların fikrini yayındıraraq ağrını azalda və təlaşı aradan qaldıra bilər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Starlight" pilot layihəsi son ildə xəstəxanalarda sınaqdan keçirilir. Mütəxəssislər bildiriblər ki, uşaqlar üçün virtual reallıq texnologiyasına əsaslanan yayındırıcı terapiyanın kliniki potensialı bəzi prosedurlarda istifadə edilə biləcək faydalı bir alətdir.
 
"New Realities" şirkətinin yeni qısametrajlı filmində həkimlərin virtual reallıq texnologiyasının köməyi ilə invaziv prosedurları uğurla icra etməsi nümayiş etdirilib.
 
Yeni texnologiya istifadə üçün hazırdır. Xəstəxanalar istifadəçinin yaşına uyğun olan adi oyun və proqramları dəstəkləyən "Lenovo Mirage Solo VR" qarniturları ilə təmin ediləcək.
 
 
Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL