Avropada açıq kompüter arxitekturaları laboratoriyası yaradılıb
Barselona Superkompüter Mərkəzində açıq kompüter arxitekturaları laboratoriyası (Laboratory for Open Computer Architecture – LOCA) yaradılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, yeni təşkilatın məqsədi “RISC-V”, “OpenPOWER” və “MIPS” kimi açıq arxitekturalar əsasında Avropada yüksək məhsuldarlıqlı və enerji səmərəliliyinə malik hesablama həllərinin hazırlanmasıdır. Onlardan gələcəkdə ekzaflops sinifli superkompüterlərdə istifadə planlaşdırılır.
Məlumata görə, yeni təşkilat İspaniyanın Barselona şəhərində yerləşəcək. Əməkdaşlığa laboratoriyanın ideya və dəyərlərini (açıq arxitekturaların təşviqi və inkişafı, eləcə də onlar əsasında bütöv Avropa HPC infrastrukturunun yaradılması) bölüşən fond, təşkilat və şirkətlər dəvət olunur.
“LOCA” laboratoriyasının fəaliyyətində iştiraka artıq “RISC-V” və “OpenPOWER” fondlarının rəhbərləri, eləcə də Berkli Universiteti və “IBM” korporasiyasının “HPC” və koqnitiv sistemlər (HPC and Cognitive Systems) şöbəsi hazır olduğunu bildirib.
Barselona mərkəzinin rəhbəri professor Mateo Valero laboratoriyanın məqsəd və vəzifələri haqqında daha ətraflı məlumatın noyabrın 20-də “Supercomputing Conference 19 (SC19)” konfransında veriləcəyini qeyd edib. Yeni laboratoriyaya Stenford Universitetinin doktoru Con D.Devis rəhbərlik edəcək.
Barselona Superkompüter Mərkəzi Avropada ən güclü olan “MareNostrum” adlı superkompüterə malik olması ilə məşhurdur. Qurğu hazırkı – dördüncü versiyada “OmniPath” arxitekturası ilə birlikdə olmaqla “Xeon Scalable” prosessorları üzərində qurulub, lakin gələcəkdə sistemə “POWER9” və “ARMv8” arxitekturalı klasterlərin əlavə olunması planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL