waplog

Bu gün dünyada ilk veb səhifə istifadəyə verilib


1990-cı il noyabrın 13-də britaniyalı alim Tim Berners-Li tərəfindən dərc edilmiş dünyada ilk veb səhifədə “World Wide Web” texnologiyası haqqında məlumat təsvir edilmişdi.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, böyük britaniyalı alim ilk veb səhifənin yaradılması zamanı “NeXT” şirkətinin adi fərdi kompüterindən istifadə etmişdi.

 

Berners-Li internetin yaradıcısı hesab edilir. O, Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) işləyərkən "Ümumdünya Hörümçək Toru" anlayışını təklif edib və hipermətn məlumatlara müraciət üsulunu ixtira edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL