waplog

“5G” şəbəkələrində 12 ciddi boşluq aşkar edilib


Beşinci nəsil mobil şəbəkələr təhlükəsiz kimi xarakterizə edilsə də, kibertəhlükəsizlik sahəsində mütəxəssislər yeni rabitə standartında bir sıra boşluqlar aşkar etməyə nail olublar. “5G” həllərin texnoloji çatışmazlıqlarından istifadə edən ABŞ-ın iki universitetinin alimləri istifadəçilərin qurğularına müxtəlif hücumlar həyata keçirməyə nail olublar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Ayova və Perdyu universitetlərinin tədqiqatçılar komandası “5G” şəbəkələrində bir sıra sınaqlar keçiriblər. Sınaqlar zamanı onlar rabitə protokollarında 12 müxtəlif boşluq aşkar ediblər. Bu boşluqların köməyilə onlar abunəçilərin yerini izləyə, saxta həyəcan siqnalları yayımlaya, hətta smartfonları mobil şəbəkədən ayıra biliblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL