waplog

ABŞ məhkəməsi sərhəddə elektron qurğuların səbəbsiz yoxlanılmasını qadağan edib


Boston Federal Məhkəməsi ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlarının ölkə sərhədini keçən şəxslərin elektron qurğularını tutarlı səbəb olmadan yoxlamaq hüququna malik olmaması ilə bağlı qərar çıxarıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, qərar məhkəmə tərəfindən 2017-ci ildə qrup şəklində verilən iddiaya baxıldıqdan sonra qəbul olunub. Sərhəddə elektron qurğuları yoxlanılan iddiaçılar sırasına ABŞ Kosmik Agentliyinin (NASA) mühəndisi də daxil olub, cavabdeh qismində isə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti (CBP) çıxış edib. Məhkəmədə iddiaçıların marağını təmsil edən ABŞ Vətəndaş Azadlıqları İttifaqının (ACLU) və “Electronic Frontier Foundation” (EFF) hüquq müdafiə təşkilatının hüquqşünasları smartfon və digər qurğuların yoxlanılmasının konstitusiyaya zidd olmasını bildiriblər.

 

Belə yoxlamalar Donald Tramp ABŞ Prezidenti təyin olunduqdan sonra geniş yayılmağa başlayıb. Belə ki, təkcə 2017-ci ilin birinci yarısında sərhədçilər tərəfindən 15 min elektron qurğuda saxlanılan məlumatlar öyrənilib.

 

Nəticədə məhkəmə qərara gəlib ki, sərhəddə dövlət maraqları birinci dərəcəli olsa da, bu, qurğuların tutarlı səbəb olmadan yoxlanılması üçün əsas deyil – yoxlamanın aparılması üçün sərhəd xidmətinin əməkdaşı əsaslı şübhələrə malik olmalıdır. Əks təqdirdə belə yoxlama səyahət edən şəxslərin hüquqlarını pozur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL