waplog

“HTC” şirkətinin “Apple” şirkətinə qarşı patent iddiaları rədd edilib


ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası (ITC)  “Apple” şirkətinin “S3 Graphics” intellektual mülkiyyətindən qeyri-qanuni istifadə etməsi haqqında daha əvvəl çıxarılmış qətnaməyə yenidən baxıb.

Söhbət qrafik məlumatların sıxılma texnologiyalarını təsvir edən patentlərdən gedir. Yayda 300 milyon dollara “S3 Graphics”-i almış Tayvanın “HTC” şirkəti iddia edir ki, “Apple” şirkəti “Mac OS X” əsasında olan fərdi kompyuterlərdə bu məhsulları qeyri-qanuni tətbiq edir.

İyul ayının sonunda “İTC” hakimi Ceyms Qildi  qərara alıb ki, patent pozuntusu halı var.  İndi isə “İTC” komissiyası tam heyətdə “Apple” ünvanına olan iddiaları rədd edərək əks-qərar çıxarıb. Ehtimal edilir ki, “HTC” şirkəti işi apelyasiyaya verəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL