Yeni mobil tətbiq istənilən şəxsə yaxınlıqdakı dronu izləməyə imkan verəcək
Dünyada ən böyük pilotsuz uçan aparatlar istehsalçısı Çinin "DJI" şirkəti hər bir smartfon sahibinə yaxınlıqdakı dronu müəyyənləşdirməyə imkan verən texnologiyanın yaradılması üzərində işləyir. Şirkət 2020-ci ildə pulsuz mobil proqram təqdim etməyi planlaşdırır və hazırda ABŞ hökumətindən təsdiq gözləyir.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, izləmə texnologiyası artıq 2020-ci ildə ABŞ-da istifadəçilərə smartfon üçün mobil tətbiq vasitəsilə əlçatan olacaq. Onlar pilotsuz təyyarənin nömrəsini, həmçinin yerini, hündürlüyünü, sürət və hərəkət istiqamətini müəyyənləşdirmək üçün mobil tətbiqdən istifadə edə biləcəklər. Çin şirkətinin rəsmisi bildirib ki, yeni texnologiyanın məqsədi "vətəndaşların təhlükəsizliyini və dincliyini artırmaqdır".
"DJI" şirkətindən məlumat verilib ki, mobil proqram "Wi-Fi Aware" dəstəkli smartfonların köməyi ilə 1 km radiusda uçan pilotsuz təyyarələr üçün işləyəcək. Bu halda sistem son bir neçə ildə istehsal edilmiş bütün pilotsuz təyyarələri dəstəkləyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL