waplog

Gələn il “5G” dəstəkli “Xiaomi” smartfonları buraxılacaq


"Xiaomi" şirkətinin baş direktoru Ley Tszyun illik "China Mobile Global Partner" konfransı çərçivəsində 2020-ci ildə qiyməti 285 dollardan baha bütün yeni smartfonların beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən modemlərlə təchiz ediləcəyini bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Regnum" resursuna istinadən yazır ki, onun sözlərinə görə, növbəti ildə "5G" dəstəkli 10 mobil qurğu modelinin, o cümlədən "Redmi Note 9 Pro" smartfonunun istehsalı planlaşdırılır.

 

Bildirilir ki, hazırda "5G" modeminə iki "Xiaomi" smartfonu və "Mi Mix Alpha" prototipi malikdir.

 

Qeyd edək ki, 2010-cu ildə təsis edilən Çinin "Xiaomi Corporation" şirkəti smartfonların istehsalı və satışına görə dünyada altıncı, Çində isə dördüncü yeri tutur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL