waplog

“Google” şirkətinin sualtı internet kabeli ABŞ və Çilini birləşdirib


"Google" şirkəti Sakit okeanın dibi ilə "Curie" adlı yüksəksürətli optik lif kabelinin çəkilişini başa çatdırıb. Kabel şirkətin ABŞ-ın Los-Anceles və Çilinin Valparaiso şəhərlərində yerləşən məlumat emalı mərkəzlərini birləşdirib. Beynəlxalq layihə fizik alim, 1903-cü ildə Nobel mükafatına layiq görülən ilk qadın Mariya Sklodovskaya-Kyurinin şərəfinə adlandırılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, uzunluğu 10 500 kilometr (siqnal hər 100 kilometrdə güclənir) təşkil edən internet kabelinin ümumi buraxılış qabiliyyəti 72 terabit/saniyəyə çatır. "Curie" kabel xəttinin 2020-ci ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir.

 

Məlumata görə, "Curie" hər biri 18 Tbit/saniyəlik və şlanq qalınlığında olan dörd optik lif cütündən ibarətdir. Lakin daha böyük etibarlılıq üçün kabelin ətrafı qalın polad, mis naqillər və qoruyucu təbəqə ilə sarılıb. "Google" nümayəndələrinin sözlərinə görə, xətt ətraf mühit üçün tam təhlükəsizdir.

 

Optik lif xətti vasitəsilə şirkətin trafikinin 98 faizi ötürülür. Lakin Çili kimi regionlarda şirkət mövcud kabellərdən istifadə edə bilməz – onların buraxılış qabiliyyəti zəifdir, miqyaslılığı məhduddur, istismar müddəti isə başa çatır.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL