waplog

Robot balıq ixtira edilib


Massaçusets Texnologiya İnstitutunun (MIT) kompüter elmləri və süni intellekt laboratoriyasının (CSAIL) mütəxəssisləri suyun altında səssizcə qalan robot balıq təqdim ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “SoFi” adlı balıq 15 metr dərinlikdə 40 dəqiqə ərzində üzə bilir. Onun quyruğu iki hidravlik nasos vasitəsilə hərəkət edir. Həmçinin quyruğu sukeçirməz pultun köməyi ilə idarə etmək mümkündür. Robot balığın hərəkət istiqaməti yüksək təsvir ölçülü videokamera tərəfindən qeydə alınır. O, quraşdırılmış qavrama sensorları, mühərrik və smartfonlarda olduğu kimi litium batareya ilə təchiz edilib.

 

Canlı balıqların onun robot olduğunu “duymayacağına” əmin olan alimlərin fikrincə, “SoFi” mövcud sualtı aparatlarla müqayisədə dəniz canlılarını daha yaxşı öyrənməyə imkan verəcək. Hazırda ixtioloqlar tərəfindən bu məqsədlər üçün qayığa burazla birləşdirilən avtonom aparatlardan istifadə olunur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL