waplog

“Samsung” yeni qatlanan smartfonunu təqdim edib


“Samsung” şirkəti planlaşdırıldığı kimi, Çində “W20 5G” adlı ikinci qatlanan smartfonunu təqdim edib. Qurğu daha əvvəl təqdim edilmiş “Galaxy Fold” kimi eyni form-faktorunda hazırlanıb, lakin həm xarici, həm də texniki fərqlərə malikdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni “W20 5G” aparatı 1680x720 piksel təsvir ölçülü 4,6 düymlük ekran, daxildə isə 2152x1536 piksel təsvir ölçülü və “HDR10 ” texnologiyasını dəstəkləyən böyükölçülü 7,3 düymlük ekranla təchiz edilib.

 

Smartfon beşinci nəsil şəbəkələrini dəstəkləyən 8 nüvəli “Snapdragon 855 Plus” prosessoru, 12 QB əməli yaddaş, 512 QB daşıyıcı, 4235 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. Əsas kamera üç moduldan ibarətdir: 12 meqapiksellik adi genişbucaqlı, 12 mp-lik telefoto və 16 mp-lik ultra genişbucaqlı.

 

Yeni aparatın satışa çıxarılma tarixi və qiyməti hələ ki məlum deyil.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL