waplog

“Intel” və “Lenovo” ekzaflops superkompüterlərin yaradılması üçün səylərini birləşdiriblər


"Lenovo", "Intel" və bir sıra institutlar məqsədi ekzaflops səviyyəli məhsuldar kompüterlərin geniş yayılması olan "Everyscale" layihəsini elan ediblər. Layihə üzərində işlərə 2020-ci ildə başlanacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, "Everyscale" layihəsinin iştirakçıları arasında Harvard Universiteti (ABŞ), Saymons Fondu (ABŞ), Toronto (Kanada), Texas (ABŞ), Çikaqo (ABŞ) və Birminhem (Böyük Britaniya) universitetləri, Leybnits adına Superkompüter Mərkəzi (Almaniya), Sinxua Universiteti (Çin), NCI-nin (Avstraliya) nümayəndələri var. Onlar "Intel" və "Lenovo" ilə ekzaflops kompüterlərin geniş yayılmasını sürətləndirən ən yeni texnologiyaları araşdırmağa hazırlaşırlar.

 

2019-cu ilin yay ayına olan məlumata görə, dünyanın 10 ən sürətli superkompüterindən 5-i ABŞ-a, 2-si Çinə aiddir.

 

"IBM" korporasiyasının istehsalı olan ən güclü "Summit" superkompüteri ABŞ-ın Ok-Ric Milli Laboratoriyasında quraşdırılıb. Yeniləmədən sonra onun məhsuldarlığı 148,8 PFlops təşkil edir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL