waplog

“Microsoft”un korporativ messencerinin auditoriyası 20 milyon istifadəçini ötüb


"Microsoft Teams" korporativ messencerinin aktiv auditoriyasının sayı 20 milyondan çoxdur. 2019-cu ilin iyulunda bu göstərici 13 milyon istifadəçiyə bərabər idi.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Microsoft Teams" ünsiyyət üçün yaradılıb, kolleqa və partnyorları birləşdirir və komandaların məhsuldar birgə işləməsi üçün zəruri alətlərə malikdir.

 

İstifadəçilər müxtəlif əməkdaş qrupları üçün ümumi, şəxsi çatlar və kanallar yarada, mesaj, fayl və başqa informasiya mübadiləsi edə bilərlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL