waplog

Dünyada ən böyük çip təqdim edilib


"Cerebras Systems" şirkəti "Supercomputing 2019" konfransı çərçivəsində dünyada hesablama imkanları baxımından ən böyük və güclü "Cerebras Wafer Scale Engine" çipini təqdim edib. Bu çip artıq süni intellekt funksiyalarına malik "CS-1" superkompüterində tətbiq edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən yazır ki, çip 12 düymlük silisium lövhənin, demək olar, bütün sahəsini tutur. Bu, "Nvidia"nın ən böyük qrafik prosessorundan 57 dəfə böyükdür. Bu halda o, 78 dəfə daha çox nüvəyə, 3000 dəfə daha çox daxili yaddaşa və 33 min dəfə daha yüksək məlumat ötürmə qabiliyyətinə malikdir. Sözügedən çip ilə işləyən "CS-1" superkompüteri 15 KVT, kifayət qədər mürəkkəb soyutma sistemi 4KVT elektrik enerjisi sərf edir və qida blokunun natamamlığı səbəbindən 1 KVT elektrik enerjisi itkiyə məruz qalır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL