waplog

İstifadəçilər “Twitter”də öz nəşrlərinə cavabları gizlətmək imkanı əldə ediblər


“Twitter” adlı sosial şəbəkəyə malik ABŞ-ın eyniadlı şirkəti istifadəçilərə öz nəşrlərinə cavabları gizlətməyə imkan verən qərar qəbul edib. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, "biz danışıqlarınız üzərində sizə daha çox nəzarət imkanı vermək üçün “Twitter”də mesajlarınıza cavabları gizlətməyə imkan verən funksiyanı sınaqdan keçirdik və o, artıq bütün dünyada əlçatandır" – məlumatda deyilir.

 

“Twitter”in nümayəndəsi bildirib ki, funksiyanın sınaqdan keçirilməsi zamanı məlum olub ki, insanların əksəriyyəti lazımsız və ya qıcıqlandırıcı hesab etdikləri cavabları gizlədirlər, bir çoxları isə səssiz rejimi aktivləşdirmək əvəzinə, cavabları gizlətmək imkanından istifadə edirlər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL