waplog

Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur


Saray qəsəbəsi, Atyalı Nübar qəsəbəsi, Novxanı bağları, Goradil, Məhəmmədli, Qobustan kəndi, Çaylı, Pirəküşkül, Aşağı və Yuxarı Güzdək kəndlərində, Sulutəpə qəsəbəsi Xocahəsən yaşayış massivi, digər kəndlər və yeni yaşayış massivləri də daxil olmaqla Abşeron Telekommunikasiya Qovşağının xidməti ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulur.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda informasiya- kommunikasiya texnologiyalarının inkişafı, infrastrukturun yenidən qurularaq təkmilləşdirilməsi, xidmətlərə olan tələbatın ödənilməsi məqsədilə bir sıra layihələr həyata keçirir. Bu layihələr çərçivəsində beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli və rəqabətə davamlı texnologiyalara əsaslanan avadanlıqların tətbiqi nəzərdə tutulur.

 

Genişzolaqlı infrastrukturun yenidən qurulması və nəticədə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən planlı işlər ilkin mərhələdə bir neçə regionu əhatə edir. Hazırda Abşeron rayonu üzrə layihə çərçivəsində işlər artıq yekunlaşmaq üzrədir.

 

Qovşağın xidmət ərazisi üzrə 50 ədəd ONU (Çöl tipli Elektron ATS) avadanlığının qurulması üçün işlər başa çatdırılıb. Quraşdırılan avadanlıqların 80%-i artıq istifadəyə verilib. GPON layihəsinin həyata keçirilməsi üçün kabel-kanal qurğuları tikilir. Ümumilikdə ONU və GPON layihəsi üçün 65 min metrə yaxın birləşdirici fiber-optik kabelləri çəkilib.

 

Uzaq məsafədə yerləşən paylayıcı şkaflardakı on üç minə yaxın abunəçiyə yeni quraşdırılan ONU avadanlığından xidmət göstəriləcək. Bu da öz növbəsində internetin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olacaq.

 

Abşeron rayonunun mərkəzi və yeni yaşayış massivlərinin telefona olan tələbatı nəzərə alınaraq GPON (Gigabit Passive Optical Network) layihəsi hazırlanıb. Layihə əsasında Mehdiabad qəsəbəsində yeni tikilmiş həyət evləri üçün Optik paylayıcı şkaf quraşdırılaraq 600 abunəlik daxili xətt şəbəkəsi üçün 8000 metrə yaxın müxtəlif tutumlu fiber-optik kabel çəkilib. Hazırda vətəndaşlara internet və telefon xidməti göstərilir.

 

İlk növbədə xidmətə daha çox tələbat olan ərazilərdə yeni avadanlıqların quraşdırılması həyata keçirilir. Belə ki, Xırdalan şəhəri H.Əliyev prospektində 1 ədəd OPŞ quraşdırılaraq "1 May yaşayış massivi"nə (həyət evlərinə) və çoxmərtəbəli yeni yaşayış binalarına daxili xətt şəbəkəsi tikilməklə 3000-ə yaxın mənzilə xidmət göstəriləcək.

 

"Aztelekom" MMC-nin xidməti ərazisi üzrə əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin verilməsinin daha da artırılması məqsədilə yeni texnologiyaların regionlarda tətbiqi istiqamətində ardıcıl işlərin həyata keçirilməsi davam etdirilir.

 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL