“Panasonic” maye-kristal ekranlar bazarını tərk edir
"Panasonic" şirkəti maye-kristal (LCD) panellərin istehsalının dayandırılması ilə bağlı planlarını rəsmən bəyan edib. Bu barədə qərar Yaponiya şirkətinin Cənubi Koreya və Çin istehsalçılarının liderlik etdiyi bazarda rəqabətə dözə bilməməsi ilə əlaqədar qəbul edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, hazırda televizor və sənaye avadanlıqları üçün "LCD" displeylərin buraxılışı ilə məşğul olan "Panasonic" 2016-cı ildə maye-kristal televizorlarının istehsalını dayandırıb. Həmçinin şirkət 2021-ci ildə "LCD" ekranların hazırlanmasını dayandırmağı planlaşdırır.
Məlumata görə, şirkət kəskin rəqabət və biznes təkamülünə reaksiya verməyə çalışsa da, bu bazarda gələcək fəaliyyətin qeyri-rentabelli olacağı qənaətinə gəlib.
"Panasonic" nümayəndələrinin fikrincə, maye-kristal panellər bazarını tərk etməklə bağlı qərar şirkətin maliyyə göstəriciləri və iş yerlərinə təsir göstərməyəcək.
Qeyd edək ki, əvvəlki illərdə "Panasonic", həmçinin plazma televizorlar, tibbi avadanlıq və istehlak smartfonlarının buraxılışından imtina edib. Bundan başqa, prosessorların buraxılışı üzrə zavodlar satılıb və minlərlə iş yeri ixtisar edilib. Hazırda şirkət istehlak elektronikasından asılılığın azaldılması məqsədilə avtomobil istehsalçıları ilə sazişlərin imzalanmasına böyük diqqət yetirir. Məsələn, Yaponiya istehsalçısı "Toyota" şirkəti ilə əməkdaşlıq edir və "Tesla" elektromobilləri üçün akkumulyatorların tədarükünü həyata keçirir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL