“Bakcell”in “3G Sür@” xidmətinin işə salınması Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə baş tutub
Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti noyabrın 23-də “BakuTel” sərgisində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə öz “3G” xidmətlərinin kommersiya istifadəsinə verildiyini elan edib. Prezidentlə birlikdə mərasimdə Azərbaycanın Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov da iştirak edib.
“3G” mobil rabitə xidmətlərinin göstərilməsi üçün lisenziyanın “Bakcell” şirkətinə verilməsi qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2 noyabr 2011-ci il tarixində keçirilmiş kollegiya iclasında qəbul edilib.
“Bakcell” şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib ki, “Bakcell”in “3G” xidmətlərinin kommersiya istifadəsinə verilməsi Azərbaycanın telekommunikasiya tarixində ən vacib və unudulmaz hadisələrdən biridir: Xidmətə qoşulmaq üçün SMS vasitəsilə “sur@” sözünü 3535 nömrəsinə göndərmək kifayətdir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL