waplog

“Toyota” şirkətinin robotu insanlara hərəkət etmək imkanını geri qaytarır


“Toyota” dünyada ilk növbədə avtomobil istehsalçısı kimi tanınır, amma şirkət başqa hazırlamalar üzərində də işləyir. “WelWalk WW-2000” adlı yeni robot zədələnmə və əməliyyatdan sonra xəstələrin bərpası üçün nəzərdə tutulub: o, hərəkət etmək qabiliyyətini itirmiş insanlara yenidən gəzməyi öyrədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, tibbi robotun tədarük dəstinə qaçış cığırı, monitor, diz oynağını bükməyə və açmağa kömək edən avtomatlaşdırılmış ayaq daxildir. Təlimlərə marağı artırmaq üçün bəzi məşqlər yarışma şəklində təqdim edilib və əldə edilmiş irəliləyiş ekranda göstərilir.

 

2011-ci ildə hazırlanmış “WW-1000” modelini əvəz etmiş yeni modelin özəlliyi xəstənin qeyri-təbii yerişini avtomatik tanıma funksiyasıdır. Çoxsaylı sensorlar ayağın hərəkətindəki problemləri aşkar edir və pasiyentin vəziyyətini yaxşılaşdırmağa kömək edəcək hazır dəyişikliklər təklif edir.

 

Şirkət artıq tibbi müəssisələr üçün ilkin sifariş imkanını əlçatan edib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL