waplog

Video və səs yazısı vasitəsilə nəbzin tanınması xidməti təqdim edilib


Rusiyanın "Neurodata Lab" şirkəti kompüter görmə texnologiyasının köməyi ilə videoçarx və səs yazısı üzrə insanın emosiyasını və nəbzini müəyyənləşdirməyə imkan verən xidmət təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, şirkət bu texnologiyanı böyük müəssisələrə (bank, sığorta şirkətləri, telekommunikasiya operatorları, pərakəndə satıcılar və elmi laboratoriyalara) satır. Xidmət müştərilərin üz ifadələri və hərəkətləri üzrə onların emosiyasını təhlil edə bilər – platforma müxtəlif mağazalar üzrə statistikanı müqayisə edərək müxtəlif təkmilləşdirmələr təklif edə bilər.

 

Platformanın işi kompüter görmə və süni intellekt texnologiyalarına əsaslanır. Sistem kadrları qiymətləndirir və üz ifadəsi, gözlərin hərəkəti, duruş, səs, danışıq və jestlər üzrə qiymətləndirmə aparır. Bundan sonra "Neurodata Lab" şirkətinin həlli insanın real vaxt rejimində nə hiss etməsi ilə bağlı öz proqnozunu verir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL