waplog

Birplatalı “Lenovo Leez P710” kompüteri 6 nüvəli prosessor ilə təchiz edilib


“Lenovo” şirkəti “Əşyalar interneti” və “ağıllı” qurğular sahəsində layihələr həyata keçirməyə imkan verən birplatalı “Leez P710” kompüterini nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, qurğunun əsasını təşkil edən “Rockchip RK3399” prosessorunun tərkibinə altı hesablama nüvəsi daxildir: 2,0 QHs takt tezlikli iki “ARM Cortex-A72” və dörd “ARM Cortex-A53”. Qrafikanın emalı “ARM Mali-T860 MP4” sürətləndiricisi tərəfindən həyata keçirilir.

 

“LPDDR4” operativ yaddaş tutumunun həcmi modifikasiyadan asılı olaraq 2 və ya 4 giqabayt təşkil edir. Həmçinin kompüter 16 giqabayt tutumlu “eMMC” fləş-modulu ilə təchiz edilib. Əlavə olaraq “microSD” yaddaş kartını quraşdırmaq mümkündür.

 

Bildirilir ki, platanın ölçüsü 85 × 85 mm təşkil edir. Təsvirin daxil edilməsi üçün “HDMI 2.0a” interfeysi nəzərdə tutulub. Bundan əlavə, kompüter iki “USB 2.0” portu, “USB 3.0 Type-А” və “USB 3.0 Type-C” çıxışı ilə təchiz olunub.

 

Kompüter şəbəkəsinə simli qoşulma “Gigabit Ethernet” adapteri sayəsində təmin edilir. Həmçinin “Wi-Fi 802.11b/g/n/ac” və “Bluetooth 5.0” simsiz rabitə kontrollerləri mövcuddur.

 

“Android” və “Debian” proqram platformaları ilə uyğunluq təşkil edən yeni qurğu modifikasiyadan asılı olaraq mobil şəbəkələrə qoşulmaq üçün “4G/LTE” modemi ilə təchiz ediləcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL