waplog

ABŞ-da internet-planşet bazarında “Apple” şirkəti birinci olub


“NPD Group” analitik şirkəti bu gün Amerika bazarında internet-planşetlərin populyarlığı haqqında məlumat dərc edib. Bu şirkətin məlumatlarına əsasən, reytinqin lideri gözlənilən idi.

Belə ki, 2011-ci ilin yanvar ayından oktyabr ayına kimi “Apple” şirkəti və onun “iPad” planşeti stabil olaraq bazarın 65%-ni tutub.

İkinci yeri  təəccüblü də olsa “Samsung” şirkəti deyil, “Hewlett-Packard” şirkəti tutub. Hal-hazırda “HP” şirkəti artıq internet-planşet bazarını tərk edib.

"Qeyd edək ki, “HP” şirkətinin “TouchPad” planşetinin payı 17%, “Samsung Galaxy Tab” planşetinin payı isə 16% təşkil edib, lakin “NPD” şirkətindən bildiriblər ki, bu hal yalnız ABŞ bazarına aiddir. Dünya miqyasında isə “Samsung” şirkəti ikinci yerin sahibidir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL