waplog

“Intel” və “MediaTek” şirkətləri “5G” sahəsində əməkdaşlığa başlayıb


“Intel” və “MediaTek” mikroprosessor istehsalçıları beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) sahəsində əməkdaşlığa başlayıb. Şirkətlər arasında kompüterlərə “5G” şəbəkələrinə qoşulmağa imkan verən modemlərin hazırlanması, sertifikasiyalaşdırılması və dəstəklənməsi ilə bağlı razılıq əldə olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, tərəfdaşlıq çərçivəsində “Intel” şirkəti “5G” həlləri üçün “MediaTek” tərəfindən hazırlanaraq satışa çıxarılacaq spesifikasiyalar dəsti yaradacaq.

 

Bundan başqa, “Intel” platformaların optimallaşdırılması və yoxlanılmasını təmin edəcək.

 

Şirkətlər arasında əməkdaşlığın ilkin nəticələrinin 2021-ci ildə əldə olunacağı gözlənilir. Onlar artıq “Fibocom” şirkəti ilə birgə “M.2” formatlı “5G” modullarının istehsalı üzərində işə başlayıblar. Modullar məxsusi olaraq “Intel” əsaslı qurğular üçün istifadə ediləcək.

 

Yeni modemli noutbukların ilk dəfə “Dell” və “HP” şirkətləri tərəfindən təqdim ediləcəyi bildirilir. Belə portativ kompüterlər təkcə “5G” şəbəkələrində deyil, həmçinin əvvəlki nəsil, o cümlədən “4G/LTE” və “3G” mobil rabitə şəbəkələrində işləyə biləcək.

 

“Intel” nümayəndələri əmindir ki, “5G” şəbəkəsinə keçid şəbəkənin tarixində ən əhəmiyyətli hadisə olacaq. O, hesablama və kommunikasiyaları maksimum yaxınlaşdırmaqla fərdi kompüterlərin tətbiqi üçün yeni imkanlar açacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL