waplog

2019-cu ilin üçüncü rübündə smartfonlara tələbat zəif olub


“Gartner” analitik şirkətinin məlumatına görə, 2019-cu ilin üçüncü rübündə qlobal smartfon satışlarının həcmi azalmağa davam edib. Məlumatlara əsasən, smartfonların satış həcmi 2018-ci ilin iyul-sentyabr ayı ilə müqayisədə 0,4% azalaraq 387,5 milyon təşkil edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, məlumatları şərh edən “Gartner”in tədqiqatlar üzrə böyük direktoru Anşul Qupta deyib ki, hazırda smartfon istifadəçiləri “premium” modellərə deyil, orta səviyyəli qurğulara üstünlük verirlər. O, həmçinin deyib ki, bir çox istifadəçilər “5G” texnologiyasının daha geniş tətbiqini gözləyərək satınalmalarını 2020-ci ilədək təxirə salıblar.

 

Bu vəziyyətdə “Samsung”, “Huawei”, “Xiaomi”, “Oppo” və “Vivo” kimi aparıcı smartfon brendləri ucuz və orta səviyyəli smartfonların istehsalına diqqəti artırıblar. Bu strategiya nəticəsində son rübdə “Huawei”, “Samsung” və “Oppo” şirkətləri satışların həcmində artım əldə ediblər. Lakin bahalı smartfonlar satan “Apple” şirkəti illik hesablamada növbəti ikirəqəmli azalma qeydə alıb.

 

“Huawei” smartfon satışına görə ikirəqəmli artıma nail olmuş yeganə brenddir. “Gartner”in məlumatına görə, ABŞ-ın sanksiyalarına baxmayaraq, şirkət bir il əvvəllə müqayisədə 26% daha çox smartfon satmağa müvəffəq olub.

 

Qlobal bazarın lideri “Samsung”, həmçinin mövqeyini möhkəmləndirib: Cənubi Koreya şirkətinin satış həcmi 7,8% artaraq 79 milyon, bazar payı isə 18,9%-dən 20,4%-dək artıb.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL