waplog

ABŞ polisi “Boston Dynamics” robotundan mühəndis-istehkamçı kimi istifadə edib


Massaçusets ştatının polis bölməsi fəaliyyətində "Spot" adlı "Boston Dynamics" robotundan istifadə edən ilk ABŞ hüquq-mühafizə orqanı olub. Bu barədə "Wbur News" nəşri ştatın polis bölməsinə istinadən məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Kommersant" resursuna istinadən yazır ki, robot avqust-noyabrda polisin mühəndis-istehkam xidməti tərəfindən icarəyə götürülüb. O, təkcə testlərdə deyil, həmçinin iki səhra əməliyyatında iştirak edib.

 

Məlumata görə, itə bənzəyən "Spot" robotu 30 dəqiqə enerji toplamadan işləyir, 5,8 km/saat sürətlə hərəkət edir, eləcə də 14 kiloqramadək yükgötürmə qabiliyyətinə malikdir və -20 °С-dən 45 °С-dək temperatura qarşı dözümlüdür.

 

Qanun keşikçilərinin sözlərinə görə, "Spot" robotu əsasən mobil müşahidə qurğusu qismində istifadə edilib. Şirkət və polis bölməsi arasında imzalanan sazişə görə, robotdan silah kimi istifadə qadağandır. Bu səbəbdən robot yalnız icarəyə verilir və satılmır. "Boston Dynamics" şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Maykl Perrinin sözlərinə görə, bu, şirkət tərəfindən müqavilə şərtlərinin pozulması aşkarlanacağı təqdirdə "Spot"robotunu geri çağırmaq üçün edilib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL