waplog

“Airbus” yanacağa qənaət üçün sərnişin təyyarələrinə qrup şəklində uçmağı təklif edib


“Airbus” təyyarə istehsalı konserni sərnişin təyyarələrinə yanacağa qənaət məqsədilə uzaq məsafəli uçuşları quş dəstələri şəklində qruplarla yerinə yetirməyi təklif edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, dəstə şəklində qruplarla uçuşlar bir çox hallarda hərbçilər tərəfindən təyyarələrin uzaq məsafələrə aparılması üçün istifadə olunur. Uçuşda təyyarələrin arxasında ağ rəngli reaktiv izlər əmələ gəlir. Onlar nə qədər sabit olsa, bir o qədər təyyarənin çəkisi ağır olur. Qrup şəklində uçuşlar zamanı idarə olunan təyyarələr reaktiv izlərdən əlavə qaldırma gücü mənbəyi kimi istifadə edə bilərlər ki, bu da yanacaq sərfiyyatını azaltmağa imkan verər.

 

Bundan başqa, reaktiv izlər təyyarələr üçün təhlükə törədir: onların içinə daxil olmaq idarəetmənin itirilməsinə səbəb olaraq mühərrikin düzgün işləməməsinə gətirib çıxara bilər. Bu səbəbdən aeroportlarda eyni zolağa enən təyyarələr arasında vaxt intervalları mövcuddur.

 

Mümkün risklərə baxmayaraq “Airbus” mütəxəssisləri qrup şəklində uçuşların uzaq məsafələrə uçuşlar zamanı yanacağa qənaət etməyə imkan verəcəyini düşünürlər. Belə ki, ABŞ və Avropa arasında reyslər yerinə yetirən hava gəmiləri marşrutun əvvəlində müəyyən nöqtədə görüşərək dəstə yaratmaqla birlikdə Atlantik okean üzərindən uça bilərlər. Təyyarə istehsalçısının hesablamalarına görə, bu, yanacaq sərfiyyatını minimum 10 faiz azaltmağa imkan verə bilər.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL