waplog

“Samsung” şirkəti maye kristal və plazma televizorları bazarının lideri olaraq qalır


“Samsung” şirkəti əvvəlki kimi yastı panel televizor bazarında liderliyini saxlayır. 2011-ci ilin 3-cü rübünün nəticəsinə görə Cənubi Koreya nəhənginin payına bu seqmentdəki ümumdünya gəlirinin 22.8%-i düşüb. “Samsung” aparıcı 5 TV brend arasında televizor satışlarından az da olsa gəlir əldə edə bilən yeganə şirkətdir.

“Samsung” şirkətindən sonra digər Cənubi Koreya istehsalçısı “LG” şirkəti gəlir. “LG” şirkəti TV plazma və “LCD TV” sektorlarında gəlir üzrə ikinci yerdədir, lakin “CRT” model seqmentində şirkət liderliyi əminliklə saxlayır; şirkətin bu tip televizor satışlarından əldə etdiyi gəlir digər brendlərin göstəricilərini 2 dəfə ötür.

Televizor satışlarından əldə edilən gəlir üzrə 3-cü yeri “Sony” şirkəti tutub. 4-cü və 5-ci yerləri müvafiq olaraq “Panasonic” və “Sharp” tutublar. “3D TV” üzrə məlumatlar “DisplaySearch” hesabatında ayrı qeyd edilib. “3D” dəstəklənməsi ilə olan maye kristal televizor seqmentində, həmçinin “Samsung” şirkəti liderlik edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL