waplog

Ekspertlər: “5G” şəbəkəsinin geniş tətbiqi “DDoS” hücumlarının gücünü artıracaq”


Beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) geniş tətbiqi son illər provayderlərin qarşılaşdığı ənənəvi hücumların sayını artıracaq. Bu barədə kibercinayətlərin təhqiqatı və qarşısının alınması ilə məşğul olan "Group-IB" şirkətinin hazırladığı "Hi-Tech Crime Trends" hesabatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, məlumata görə, internetə qoşulmuş çoxlu qurğular və geniş buraxılış zolağı sayəsində "DDoS" hücumlarının gücü və tezliyi xeyli artacaq. "Trafikin yönləndirilməsi daha bir populyar fırıldaqçılıq növüdür. Ələ keçirilmiş qurğuları proksi serverlərinə çevirməklə cinayətkarlar IP ünvanları ilə bağlı insidentlər törədə bilərlər. "Əşyalar interneti" (IoT) qurğularının "5G" şəbəkələrinə qoşulması trafikin yönləndirilməsi üçün istifadə oluna biləcək təhlükəli qurğuların sayını əhəmiyyətli dərəcədə artıracaq. Müdaxilə edilmiş qurğular vasitəsilə populyar praktika olan zərərli proqramların yayılması da "5G" şəbəkələri inkişaf etdikcə genişlənəcək", – hesabatda qeyd olunur.

 

Bundan əlavə, "5G" şəbəkəsinin (1/2/3/4G rabitə nəsillərindən fərqli olaraq) arxitektura xüsusiyyətləri ondan ibarətdir ki, yeni texnologiyanın sürətliliyi və digər üstünlükləri daha çox avadanlıqlar sayəsində deyil, proqram platformaları vasitəsilə tətbiq edilir. Bu isə o deməkdir ki, server və proqram həlləri üçün bütün təhlükələr "5G" operatorları üçün aktuallaşır.

 

"5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL