waplog

Litium-ion batareyaların tutumunu iki dəfə artıracaq yeni bir istehsal üsulu ixtira edilib


Avstraliyanın Deakin Sərhəd Materialları İnstitutunun alimləri tərəfindən təqdim edilmiş texnologiya litium-ion akkumulyatorların tutumunu xeyli artırmağa imkan verir. Maraqlıdır ki, istehsal elektrolitlərin yaradılması üçün sənaye polimerlərindən istifadəni nəzərdə tutur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, müasir litium-ion akkumulyatorların istehsalında əksər hallarda maye həlledicilərdən istifadə olunur ki, bu da bir tərəfdən səmərəli, digər tərəfdən təhlükəlidir. Avstraliyalı alimlər alternativ bərk elektrolitdən istifadə etməyi təklif ediblər.

 

Yeni texnologiyanın tətbiqi akkumulyatorları daha təhlükəsiz etməklə yanaşı, həm də batareyaların tutumunu 2 dəfə artırmağa imkan verir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL