waplog

Sink oksid əsasında hazırlanmış ekran örtüyü smartfonu xəstəlik törədən bakteriyalardan qoruyacaq


Sankt-Peterburq şəhərində İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin mühəndisləri smartfonların displeyini yağlı izlərdən və sağlamlıq üçün təhlükəli bakteriyalardan qoruyacaq sink oksid əsasında yeni şəffaf material hazırlayıblar. Bu haqda “Materials Today Communications” jurnalında dərc edilmiş məqalədə məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, alimlər, bir neçə il olar ki, elektron qurğular və tibbi avadanlıqları xəstəlik törədən bakteriyalardan qoruyacaq ucuz antibakterial örtük hazırlamağa çalışırlar.

 

İndi alimlər sink oksid əsasında yüksək antibakterial xüsusiyyətə malik möhkəm və elastik material hazırlamağa müvəffəq olublar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL