“Apple”ın əsas dizayneri şirkəti rəsmən tərk edib
“Apple”ın dizayn üzrə direktoru Coni Ayv şirkəti rəsmən tərk edib. Bu haqda “The Verge” nəşri yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, məlumata görə, korporasiyanın rəsmi saytında Coni Ayvın şəkli və adı şirkətin rəhbərlər bölməsindən çıxarılıb.
Artıq bu ilin iyununda Coni Ayvın “Apple”dan ayrılacağı məlum idi. O, “LoveFrom” dizayn studiyası yaratmağı və gələn il onu istifadəyə verməyi planlaşdırır.
1992-ci ildən “Apple” şirkətində işləyən Coni Ayv “iMac”, “PowerBook G4”, “MacBook”, “MacBook Pro” (Unibody), “iPod”, “iPhone”, “iPad” qurğularının dizayneri kimi tanınır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL